xəbərlər

Polis Akademiyasında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin əməkdaşı mühazirə oxuyub

04.12.2023

04 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru, ədliyyə müşaviri Rəşad Qasımov Polis Akademiyasında əyani təhsil alan V kurs kursantlarına “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan davranış və cəza növlərinə qarşı” mövzusunda mühazirə oxuyub.
Mühazirədə “İşgəncələrin və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyası”nın tətbiqi ilə bağlı işgəncələrin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Avropa Komitəsinin hesabatlarında yer almış tövsiyələr və onların mahiyyətinə dair ətraflı məlumat verilib. Habelə, 25 dekabr 2001-ci il tarixində ölkəmizdə “İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasının və onun 1 və 2 saylı Protokollarının təsdiqinə dair qanunun mahiyyəti kursantlara izah olunub. “İşgəncə” anlayışının psixoloji və əxlaqi mahiyyəti açıqlanaraq şəxsin ictimai, mənəvi və mədəni xüsusiyyətlərinin Konvensiya ilə nəzərə alınmalı olduğu bir daha diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və kursantları maraqlandıran suallar ətraflı cavablandırılıb.
 
 
 

Geriyə | Çap versiyası