xəbərlər

Polis Akademiyasının rəhbərliyi tədris göstəriciləri yüksək olan nümunəvi kursantlarla görüş keçirib

27.12.2023

 Polis Akademiyasının rəhbərliyi cari il ərzində yüksək tədris göstəriciləri olan, respublika daxili və xarici bilik və idman yarışlarında Akademiyanı layiqincə təmsil edərək nailiyyətlər qazanan əyani təhsil üzrə nümunəvi kursantlarla görüş keçirib.

Akademiya rəisi, polis general-mayoru Canpolad Daanov fərqlənən kursantlara öz öyüd-nəsihətini verərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. C.Daanov bir daha təhsilalanlara yüksək səviyyədə hüquq  təhsili verən, vətənə, dövlətə şərəflə xidmət edən polis əməkdaşları yetişdirən Polis Akademiyasında kursant olmanın üstünlükləri, öhdəçilik və məsuliyyətini vurğulayaraq onların hər zaman rəhbərliyin nəzarəti, qayğı və diqqəti ilə əhatə olunduqlarını bildirib. Həmçinin iştirakçı kursantların fikir və təklifləri dinlənilib, aidiyyəti üzrə göstəriş və tapşırıqlar verilib.

 Akademiyanın ictimai həyatında, beynəlxalq və yerli bilik yarışlarında, müsabiqə və elmi-praktik konfranslarda iştirak edən, idman yarışlarında fəxri kürsünün yüksək pillələrinə qalxan bu kursantlar Polis Akademiyasının fəxridir.


 


 

 
 
Geriyə | Çap versiyası