xəbərlər

Bakının Yasamal rayonunun məktəbliləri Polis Akademiyası ilə tanış olublar

24.01.2024

24 yanvar 2024-cü il tarixində Polis Akademiyası ilə tanış olmaq arzusunda olan məktəblilər üçün növbəti “Açıq qapı” tədbiri keçirilib.

Bakı şəhəri Yasamal rayonu 13 və 286 nömrəli tam orta məktəblərin, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin XI sinif şagirdləri və Yasamal RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşları Polis Akademiyasının qonağı olublar.

Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları və kriminalistik şəhərciklə tanış ediliblər. Bundan əlavə məktəblilərə Polis Akademiyasına qəbul qaydaları izah olunub, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.

Sonda şagirdlərə Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.

 
 
 

Geriyə | Çap versiyası