xəbərlər

DIN-in Polis Akademiyasında payız imtahan sessiyası davam edir

29.01.2024

 Təhsilalanların biliyinin qiymətləndirilməsi məqsədilə DİN-in Polis Akademiyasında 2023/2024-cü tədris ilinin payız imtahan sessiyası həyata keçirilir. İmtahanlarda obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə Akademiya rəisinin müvafiq əmri ilə apellyasiya və fənn komissiyaları yaradılmışdır.

Fənlərin xüsusiyyətlərinə müvafiq olaraq imtahanlar təsdiq olunmuş cədvəl üzrə, şifahi, yazılı, praktiki və test üsulu ilə keçirilir. İmtahanların gedişinə nəzarət müvafiq əmrlə təyin olunmuş nəzarətçi-koordinatorlar tərəfindən təmin olunur.
İmtahanlara hazırlığın səmərəli təşkili üçün Akademiyanın kitabxanası gücləndirilmiş iş rejiminə keçirilərək müasir oxu zalları və elektron kitabxanada təhsilalanlara zəruri şərait yaradılır.
 
 
 
 
 

 
 
Geriyə | Çap versiyası