xəbərlər

Polis Akademiyasının əməkdaşı Türkiyə Respublikasının Qars şəhərində onlayn formatda keçirilən multidisiplinar beynəlxalq elmi konfransda iştirak edib

27.01.2024

27 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Qars Qafqaz Universiteti, Dünya Azərbaycanlıları Forumu, Hollandiya və İğdır Azərbaycan Evi və Türksanın birgə təşkilatçılığı ilə Türkiyə Respublikasının Qars şəhərində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!” adlı onlayn multidisiplinar beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə Polis Akademiyasının Dil hazırlığı kafedrasının müəllimi, polis baş leytenantı Nərgiz Məmmədova “Dilçilikdə mürəkkəb söz anlayışı və onların yaranma üsulları” adlı məqalə ilə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qars Qafqaz Universitetinin professoru Hacalı Nəcəfoğlu “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamının müəllifi, görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyatı, eyni zamanda onun milli dövlət quruluşunun dirçəldilməsi yolunda gördüyü böyük xidmətlərdən bəhs edib.

Açılış və plenar iclaslardan sonra iştirakçılar öz məqalələri ilə çıxış ediblər. Konfransda Ədəbiyyatşünaslıq və Folklor, Dilçilik, Pedaqogika, Fəlsəfə və Siyasi elmlər, Hüquq və digər sahələr üzrə müxtəlif məsələlər geniş müzakirə edilib.  
Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.





Geriyə | Çap versiyası