xəbərlər

Polis Akademiyasında “Xocalı faciəsi”nin 32-ci ildönümü anılıb

26.02.2024

26 fevral 2024-cü il tarixində DİN-in Polis Akademiyasında “Xocalı faciəsi”nin 32-ci ildönümü anılıb. İlk olaraq Akademiyanın böyük sıra meydanında faciə qurbanlarının, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilib.

Akademiyanın dəyişən heyətinə Xocalı faciəsi barədə, həmçinin 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və qalib ordumuz sayəsində qazanılmış qələbə nəticəsində xalqımıza qarşı bu qırğını təşkil etmiş cinayətkarların layiqli cəzalandırıldığı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasına dair ətraflı məlumatlar verilib.

Daha sonra DİN-in Polis Akademiyasının rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən Akademiyanın daimi heyətinin şöbə, fakültə, kurs, kafedra, bölmə, hissə və xidmət rəhbərlikləri tabelikdəki əməkdaşlarla Xocalı faciəsi ilə bağlı söhbətlər aparıb, eyni zamanda keçirilən ilk dərslərdə kursantlara faciə haqqında ümumi məlumatlar verilib.
Həmçinin Akademiyanın böyük sıra meydanında və yeməkxanasında quraşdırılmış monitorlarda “Xocalı faciəsi” ilə bağlı bir sıra foto və video materiallar nümayiş etdirilib.



Geriyə | Çap versiyası