xəbərlər

“Açıq qapı” tədbirinin növbəti qonaqları Akademiyada yaradılmış təhsil mühiti ilə tanış olublar

29.02.2024

28 fevral 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu 100 nömrəli tam orta məktəbin X və XI sinif şagirdləri Polis Akademiyasının növbəti “Açıq qapı” tədbirinin qonağı olublar.
Qonaqlar Heydər Əliyev Mərkəzi, tədris korpusları, kitabxana, idman meydançaları və yataqxanaya ekskursiya edərək Akademiyada kursantlar üçün yaradılan müasir şəraitlə yaxından tanış olublar. Həmçinin, Polis Akademiyasının rəsmi saytında yerləşən “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssəsi ilə tanış olmaq imkanı da qonaqların nəzərinə çatdırılıb.
Şagirdlərə Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə 2024/2025-ci il tədris ili üçün əyani təhsilə 500 kursantın qəbul qaydaları izah edilib, kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.
Sonda şagirdlərə Akademiya haqqında məlumatları özündə əks etdirən lifletlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb və xatirə şəkilləri çəkilib.


Geriyə | Çap versiyası