xəbərlər

Polis Akademiyasının əməkdaşları orta məktəblərdə narkomaniyaya qarşı mübarizə ilə bağlı keçirilən maarifləndirici-profilaktik silsilə tədbirlərdə iştirak ediblər

27.04.2024

18-22 aprel 2024-cü il tarixlərində Bakı şəhəri, Xətai rayonu Ə.Əliyev adına 204 nömrəli,  Nərimanov rayonu M.Şəhriyar adına 193 nömrəli və Sabunçu rayonu 74 nömrəli  tam orta məktəblərdə “Narkomaniya sosial bəladır”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında maarifləndirici-profilaktik silsilə tədbirlər keçirilib.

Tədbirlərdə DİN-in Polis Akademiyanın DİO-da Əməliyyat-axtarış fəliyyəti kafedrasının müəllimi, polis mayoru Natiq Hüseynov, Tədris-metodiki şöbənin inspektorları, polis leytenantı Asəf Hüseynov və Nəimi İsmayılzadə, Akademiyanın “Gənclər və yetkinlik yaşına çatmayanlarla iş sektoru”nun üzvləri - Kriminalistika kafedrasının müəllimi, polis kapitanı İsmayıl Əmirli, Cinayət hüququ kafedrasının müəllimi, polis baş leytenantı Elnur Nəcəfov və Dövlət və hüquq nəzəriyyəsi kafedrasının  müəllimi, polis baş leytenantı Mirzə Məmmədov, eyni zamanda müvafiq Rayon Polis İdarələrinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin əməkdaşları, məktəblərin direktorları, pedoqoji heyəti və 7-11-ci sinif şagirdləri iştirak ediblər.

Akademiyanın əməkdaşları “Narkomanlığın neqativ fəsadları və profilaktikası”, “Zərərli vərdişlərə yox deyək” və “İnternetdən təhlükəsiz istifadə” mövzularında çıxış edərək narkotiklərin insan sağlamlığına, mənəviyyatına mənfi təsirləri, ölkəmizdə narkotik cinayətkarlığının sosial neqativ təzahürləri, səbəbləri, bu növ cinayətlərin törədilmə üsulları, eləcə də digər zərərli vərdişlər və onlardan qorunma yollarım barədə məktəblilərə ətraflı məlumat veriblər. Həmçinin, müasir dövrdə həyatımızın ayrılmaz hissəsinə çevrilmiş internetin faydaları və zərərləri, internet vasitəsilə törədilən kibercinayətlər, sosial şəbəkələrdə dini ekstremizmin və radikalizmin geniş vüsət alması, habelə müasir dövrdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin və alğı-satqısının internet üzərindən həyata keçirilməsinin sosial-neqativ təzahürləri barədə məlumatlar və bu növ təhlükələrdən qorunmağın yolları tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxışlar bitdikdən sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb. Ümumilikdə tədbirlər həm məktəblilər, həm də orta məktəb rəhbərlikləri tərəfindən böyük maraqla qarşılanıb.  



Geriyə | Çap versiyası