xəbərlər

Polis Akademiyasının kursantları Heydər Əliyev Mərkəzini ziyarət ediblər

03.05.2024

Ulu öndər Heydər Əliyevin irsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin və milli-mənəvi dəyərlərinin yaşadılması məqsədilə 03 may 2024-cü il tarixində Polis Akademiyanın I kurs kursantları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Şəxsi heyəti müşayiət edən Mərkəzin bələdçisi dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında kursantlara məlumat verərək Mərkəzin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, Ulu öndərin irsinin dərindən öyrənilməsi və tədqiqi istiqamətində fəaliyyət göstərdiyini bildirib. Daha sonra kursantlar Azərbaycan tarixinin bütün dövrlərini, mədəniyyətinin müxtəlif sahələrini özündə əks etdirən eksponatlarla və zəngin "Azərbaycan inciləri" adlı sərgi ilə tanış olublar.

Mərkəzin ən valehedici hissələrindən biri də Heydər Əliyev Muzeyidir. Ulu öndərin hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, dünya ölkələrinin rəhbərləri tərəfindən aldığı hədiyyələr və müxtəlif illərdə layiq görüldüyü orden və medallar muzeydə nümayiş etdirilən eksponatlar siyahısındadır. Kursantların diqqətini cəlb edən ən maraqlı eksponatlardan biri isə Heydər Əliyevin  Azərbaycana rəhbər olduğu dövrlərdə istifadəsində olan avtomobillər olub.

Mərkəzdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar kursantlara nümayiş etdirilib.
Sonda xatirə şəkilləri çəkilib.








Geriyə | Çap versiyası